Outlook-da tam işləyən şirkət poçtu. Adi mail server qiymətinə.

Outlook, iPhone və Android Korpo-ya Exchange hesabı kimi qoşulur. Poçtla birlikdə təqvim, kontaktlar, tapşırıqlar və qeydlər də sinxronlaşır. Domeniniz sizin qalır.

14 gün sınaq, kart istənmir. Serverlər Azərbaycanda. Domeniniz yoxdur? Hostinq poçtu ilə müqayisə

Nümunə: Elvin görüş dəvəti göndərir. Dəvət Nərgizin Outlook-una və iPhone-una eyni anda gəlir. Nərgiz telefondan qəbul edir, cavab Outlook-a da düşür və görüş hər iki təqvimdə məşğul vaxt kimi yazılır.

  • İşləyir:
  • Outlook (Windows klassik, Mac)
  • iPhone və Android
  • Brauzer
  • Thunderbird (IMAP)

MAPI/HTTP · EWS · Exchange ActiveSync · Autodiscover · IMAP · SMTP · SPF · DKIM · DMARC · ARC

Hostinq şirkətinizin poçtu ilə müqayisə.

Hostinqdə poçt adətən cPanel, DirectAdmin və ya Plesk panelindən gəlir: saytların yanında əlavə funksiya kimi. Korpo yalnız korporativ poçtdur.

Meyar Korpo Hostinq panelicPanel · DirectAdmin · Plesk
Outlook qoşulması Exchange hesabı (MAPI/HTTP, EWS), Autodiscover özü qurur QİSMƏNIMAP hesabı kimi: təqvim və kontaktlar Outlook-a gəlmir
Telefonda poçt və təqvim ActiveSync: məktub gələn an düşür, təqvim və kontaktlar da sinxron QİSMƏNIMAP, yoxlama 15 dəqiqədən bir; təqvim ayrıca qurulur
Komanda təqvimi və ünvan kitabçası Görüş dəvəti, həmkarın boş vaxtı, şirkətin ümumi kitabçası (GAL) YOXPaylaşılan təqvim və ümumi kitabça yoxdurcPanel-də yalnız fərdi CalDAV/CardDAV
Paylaşılan qutular satis@, destek@ bir neçə nəfərlə; ümumi qovluqlar Biznes tarifindən YOXYalnız yönləndirmə və ya ortaq parol
Xaricə çatdırılma Təmiz reputasiyalı çıxış şlyuzu, hər domenə ayrıca DKIM imzası QİSMƏNServerin IP-sinə bağlı: qonşu saytın spamı sizə də təsir edir
Köçürmə Komandamız köçürür, istəsəniz paneldə özünüz; bütün tariflərdə pulsuz YOXTəklif edilmir
Vebmail Outlook web məntiqi: siyahı, oxuma paneli, təqvim və kontaktlar bir yerdə QİSMƏNRoundcube: köhnə üslub, təqvim ayrıcaPlesk-də Horde da var
SPF, DKIM, DMARC Üçü də avtomatik yazılır, panel hər saat yoxlayır QİSMƏNDKIM və SPF düymə ilə, DMARC əl iləDirectAdmin-də hamısı əl ilə
TLS sertifikatı Avtomatik. Bu sətirdə fərq yoxdur VARAutoSSL və ya Let's Encrypt

Hostinq paneli sütunu 2026-cı il üçün standart quraşdırmaya görədir (Exim/Postfix + Dovecot + Roundcube). Əlavə modul alınarsa bəzi sətirlər dəyişə bilər.

Microsoft 365 və Google ilə müqayisə

Exchange Online-dan təxminən 28% ucuz, üstəlik manatla, illik öhdəliksiz və serverlər Azərbaycanda.

MeyarKorpo BiznesExchange Online Plan 1Google Workspace Business Starter
Qutu başına, ayda4,90 ₼, aylıq ödəniş~6,80 ₼ (4 $), illik öhdəlik~11,90 ₼ (7 $), illik öhdəlik
Poçt yeri30 GB50 GB30 GB, Drive ilə ortaq
Outlook iləExchange hesabıExchange hesabıAyrıca əlavə ilə (GWSMO)
Ödəniş və sənədManat, qaimə-fakturaKart, xarici hesab-fakturaKart, xarici hesab-faktura
ServerAzərbaycandaMicrosoft data mərkəzləriGoogle data mərkəzləri

Microsoft və Google: ABŞ siyahı qiymətləri, illik öhdəliklə, 2026-cı il noyabr; 1 $ = 1,70 ₼. Ölkəyə və satıcıya görə fərqlənə bilər. Korpo qiymətləri yekundur, ƏDV tətbiq olunmur.

Keçid belə olur.

Quraşdırma təxminən 10 dəqiqə çəkir. Köhnə poçt keçid gününə qədər işləməyə davam edir.

  1. Domeni yazırsınızPanel domeni skan edir: DNS harada idarə olunur, poçt indi haradadır.
  2. DNS qeydlərini panel yazırCloudflare-də bir token, GoDaddy və IONOS-da bir kliklə təsdiq, ya da NS-i bizə yönləndirirsiniz. Heç biri olmasa, qeydləri siyahı ilə əlavə edirsiniz. Domen panelinə girişiniz yoxdursa, hostinq şirkətinizə göndərmək üçün hazır mətni panel verir, ya da bizə yazın, birlikdə edək.
  3. Köhnə poçt köçürülürKomandamız köçürür, istəsəniz paneldə özünüz də başladırsınız. Məktublar arxa planda gəlir, irəliləyiş paneldə görünür.
  4. "Keçidə hazıram" düyməsini basırsınızMX dəyişir, son sinxron özü başlayır. İstəsəniz Korpo qutusunda köhnə parol qalır.

Köçürməni biz edirik, siz işinizə baxırsınız.

Komandamız köhnə poçtunuzu qovluqları, qoşmaları və bayraqları ilə birlikdə köçürür, keçid gününü sizinlə planlaşdırır. İstəsəniz paneldə özünüz də başlada bilərsiniz. Bütün tariflərdə pulsuzdur.

Köçürməni planlaşdıraq

Qeydiyyatdan əvvəl də yaza bilərsiniz: salam@korpo.az

Haradan köçürürük

  • cPanel
  • Plesk
  • DirectAdmin
  • Google Workspace
  • Yandex
  • Mail.ru
  • Zoho
  • Digər IMAP poçtu

Microsoft 365 parolla girişi bağladığı üçün oradan köçürməni əl ilə, birlikdə planlaşdırırıq.

Bütün iş günü bir hesabda sinxron.

Poçt, təqvim, kontaktlar, tapşırıqlar və qeydlər birlikdə sinxronlaşır: Office lisenziyası almadan, mövcud Outlook-unuzla.

Outlook-da 2 dəqiqəyə

Ünvan və parol yazın, qalanını Autodiscover edir. Server adı, port, şifrələmə soruşulmur.

Telefona ani bildiriş

ActiveSync ilə məktub gəldiyi an telefona düşür. Ayrıca tətbiq yüklənmir.

Komanda təqvimi

Dəvət göndərin, cavablar təqvimə özü düşsün. Həmkarın boş vaxtı dəvətdən əvvəl görünür.

Paylaşılan qutular və ünvan kitabçası

satis@, destek@ kimi ünvanları bir neçə nəfər birlikdə idarə edir. Bütün şirkət bir kitabçada: yeni işçi gələndə hamının Outlook-unda və telefonunda görünür.

Paylaşılan qutular və qovluqlar Biznes tarifindən

Outlook kimi vebmail

Azərbaycan dilində interfeys, qaranlıq rejim, mobil uyğun. Öyrətmək lazım deyil.

Məktublarınız alıcıya çatsın deyə hər şey qurulub.

Xaricə göndəriş təmiz reputasiyalı çıxış şlyuzu üzərindən, hər domen üçün ayrıca DKIM imzası ilə.

  • SPF · DKIM · DMARCAvtomatik yazılır, hər saat yoxlanır.
  • Spam və fişinq filtriBayes filtri, reputasiya, DMARC/ARC yoxlaması.
  • Avtomatik TLSMüştəri domenləri daxil, avtomatik yenilənir.
  • Gündəlik ehtiyat nüsxəAyrı serverə yazılır, bərpa ayda bir yoxlanır.
Authentication-Results: mx.alici-server.example;
spf=pass smtp.mailfrom=sirket.az;
dkim=pass header.d=sirket.az;
dmarc=pass header.from=sirket.az;
arc=pass
Nümunə: Korpo-dan göndərilən məktubun alıcı tərəfdəki başlığı.

Korpo kimə uyğundur, kimə yox.

Uyğundur

  • 5–200 nəfərlik şirkətlərBütün domenləriniz bir paneldə, qutu başına ödəniş. Komanda böyüyəndə tarif dəyişir, köçürmə olmur.
  • Outlook ilə işləyən komandalarKlassik Windows Outlook və Mac Outlook Exchange hesabı kimi qoşulur: təqvim, dəvətlər, ünvan kitabçası. Əlavə lisenziya lazım deyil.
  • Hostinq poçtundan böyüyənlərDomen və ünvanlar eyni qalır, köhnə poçt itmir.
  • Məlumatı Azərbaycanda saxlamalı olanlarServerlər Azərbaycanda, yerli müqavilə, qaimə-faktura və dəstək.

Uyğun deyil

  • Sayt hostinqini də bir yerdə istəyənlərKorpo yalnız poçtdur: sayt hostinqi, baza və FTP vermir. Saytınız olduğu yerdə qalır.
  • Word və Excel lisenziyası lazım olanlarMicrosoft 365 lisenziyası satmırıq. Mövcud Office-iniz və Outlook-unuz Korpo ilə işləyir.
  • Serverə özü girmək istəyən texniki komandalarKorpo idarə olunan xidmətdir: SSH yoxdur, hər şey paneldən. Yeniləmə, ehtiyat nüsxə və monitorinq bizdədir.

Qutu başına ödəyirsiniz.

Bütün tariflərdə Outlook, telefon, fərdi təqvim, vebmail, gündəlik ehtiyat nüsxə və pulsuz köçürmə var. Fərq yer və limitlərdədir. İllik ödənişdə 2 ay pulsuz.

Başlanğıc endirimi: 31 dekabr 2026-dək ilk ödənişə 30% endirim. İllik seçsəniz, bütün il üçün.

Start

Kiçik şirkət üçün

2,90 ₼/ qutu, ay

10 qutu üçün 29 ₼ / ay

  • 25 qutuya qədər
  • 10 GB hər qutuya
  • Limitsiz domen
  • Hər qutudan gündə 300 xarici alıcı
14 gün pulsuz sına
Tövsiyə olunur

Biznes

Böyüyən şirkət üçün

4,90 ₼/ qutu, ay

10 qutu üçün 49 ₼ / ay

  • 200 qutuya qədər
  • 30 GB hər qutuya
  • Limitsiz domen
  • Hər qutudan gündə 1000 xarici alıcı
  • Paylaşılan qutular, təqvim və qovluqlar
14 gün pulsuz sına

Korporativ

Böyük komanda üçün

9,90 ₼/ qutu, ay

10 qutu üçün 99 ₼ / ay

  • 1000 qutuya qədər
  • 50 GB + 50 GB arxiv
  • Limitsiz domen
  • Hər qutudan gündə 2000 xarici alıcı
  • Biznes-dəki hər şey
  • Prioritet dəstək, 2 saatda cavab
14 gün pulsuz sına

Sınaq necə bitir

  1. 14 gün pulsuzBiznes imkanları, 5 qutuya qədər, kart istənmir. Bitməyə 3 gün qalmış və son gün xatırladırıq.
  2. Daha 7 gün möhlətTarif seçilməsə də poçt tam işləyir. Tarifi istənilən gün paneldən seçirsiniz.
  3. Sonra göndərmə dayanırGələn poçt gəlməyə davam edir. Ödəyən kimi hər şey açılır.

Məlumat avtomatik silinmir. Göndərmə dayandıqdan 30 gün sonra hesab bağlanır; poçtu götürmək üçün yazın.

Qiymətlər qutu başınadır və yekundur: ƏDV tətbiq olunmur. Hüquqi şəxslərə qaimə-faktura. Bank köçürməsi və ya kart.

Tez-tez verilən suallar

Cavab tapmadınızsa yazın: salam@korpo.az

Köhnə ünvanlarımız dəyişəcək?

Xeyr. Domen sizindir, ad@sirket.az eyni qalır. Dəyişən yalnız MX qeydidir; köhnə məktublar qovluqları ilə köçürülür.

Hansı proqramlarla işləyir? Lisenziya almalıyıq?

Lisenziya lazım deyil. Windows-da klassik Outlook (Microsoft 365 və ya Office 2016+), Mac Outlook, Apple Mail, iPhone və Android Exchange hesabı kimi qoşulur. Brauzerdə Korpo vebmail işləyir. Windows-un yeni Outlook proqramı isə Microsoft-un qərarı ilə yalnız Microsoft 365, Outlook.com və IMAP hesablarını qəbul edir: orada Korpo IMAP kimi qoşulur və təqvim sinxron olmur. Ona görə Windows-da klassik Outlook tövsiyə edirik.

Sınaq bitəndə nə olur?

Poçt dərhal dayanmır və məlumat silinmir. Addım-addım tariflərin altındakı zaman xəttində yazılıb.

5-dən çox işçimiz var. Necə başlayaq?

Sınaqda 5 qutu açılır: Outlook-u, telefonları və köçürməni yoxlamaq üçün. Tarif seçib ödəyən kimi limit tarifə qalxır (Start 25, Biznes 200, Korporativ 1000) və qalan işçiləri əlavə edirsiniz. Sınaq zamanı daha çox qutu lazımdırsa yazın: salam@korpo.az

ƏDV əlavə olunur?

ƏDV ödəyicisi deyilik, ona görə ƏDV tətbiq olunmur: saytdakı qiymət ödədiyiniz yekun məbləğdir. Hüquqi şəxslərə qaimə-faktura veririk.

Göndəriş limiti varmı?

Var və tarifə görədir: hər qutudan gündə sınaqda 50, tariflərdə 300-dən 2000-ə qədər xarici alıcı. Hər alıcı ayrıca sayılır. Limitlər hamı üçün ortaq olan göndərmə reputasiyasını qoruyur.

Domenimiz yoxdur. Nə edək?

Korpo şirkətin öz domeni ilə işləyir (ad@sirket.az), gmail.com və ya mail.ru ünvanı ilə yox. Əvvəlcə domen alın: .az domenini nic.az-ın rəsmi satıcılarından, .com-u istənilən qeydiyyatçıdan. Sonra burada domeni yazın, qalan qeydləri panel özü yoxlayır. Seçimdə kömək lazımdırsa yazın: salam@korpo.az

Bu gün başlayın.

14 gün sınaq, kart istənmir. Domeninizi yazın, qeydiyyat dərhal açılır.

Domeniniz yoxdur?
  • Serverlər Azərbaycanda
  • Hüquqi şəxslərə qaimə-faktura
  • Azərbaycan dilində dəstək
  • Məlumat avtomatik silinmir

Böyük komanda və ya köçürməyə kömək lazımdır? salam@korpo.az ünvanına yazın, bir iş günü içində cavab veririk.